Hacıqabul sakini marketdə güllələndi!
Hacıqabulda silahlı insident baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonun Nəvahi qəsəbə sakini, 32 yaşlı Soltanov İxtiyar Tofiq oğlu mübahisə zəminində Salyan rayonunun Yenikənd kəndinin sakini 1989-cu il təvəllüdlü Əzizov Mikayıl Asəf oğlunu 12 kalibrli ov tüfəngi ilə güllələyib. Hadisə Nəvahi qəsəbəsinin ərazisində yerləşən “Nur” ailəvi istirahət mərkəzinin nəzdindəki marketdə baş verib. İxtiyar Soltanov ov tüfəngindən iki dəfə atəş açaraq Mikayıl Əzizovun qoluna və kürək nahiyəsinə ağır xəsarət yetirib. Yaralı ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
İxtiyar Soltanov könüllü olaraq Hacıqabul polis şöbəsinə təslim olub. Mübahisənin hansı zəmində baş verdiyi istintaq tərəfindən müəyyənləşdirilir.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29 və 120.1 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub