Ermənilər Füzulidə taxıl zəmilərini yandırmağa cəhd göstəriblər
Ermənistan Silahlı Qüvvələri Füzuli istiqamətində sakinlərə məxsus taxıl sahələrini yandırmağa cəhd ediblər. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, düşmən rayonun Şükürbəyli kəndi yaxınlığındakı mövqelərindən əkin sahələrinə işıqsaçan güllələr və yandırıcı fişənglər atıb. Yerli sakinlərin sayıqlığı nəticəsində erməni hərbçilərinin sahəni yandırmaq cəhdləri nəticəsiz qalıb.
Bu arada isə erməni hərbi birləşmələri Tərtər rayonunun Qapanlı kəndini də atəşə tutub.
Yaşayış məntəqəsini hədəfə alan düşmən Tanrıverdiyevlər ailəsinə məxsus iri ot tayasını yandırıb. Hadisə yerinə gələn yanğınsöndürən briqadasını da atəşə tutan Ermənistan ordusu yerli sakinləri bir müddət atəş altında saxlamağa cəhd göstərib.
Qapanlı qoşunların təmas xəttində yerləşdiyindən, əkin-biçinlə məşğul olan, mal-qara otaran sakinlər tez-tez atəşə tutulur.
Son illər kəndi düşmən gülləsindən qorumaq üçün ərazidə dövlət tərəfindən istinad divarı inşa olunub. Amma ermənilər əhaliyə zərər vurmaq üçün evləri atəşə tutur, insanları hədəfə alır, yaxınlıqdakı zəmiləri yandırmağa çalışır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub