Əvvəllər məhkum olunmuş şəxsdən külli miqdarda narkotik götürüldü
Lənkəran polisi narkotik vasitələrin qanunsuz olaraq əldə etmə və saxlanması ilə məşğul olan rayon sakinini saxlayıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (RRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sütəmurdov kənd sakini Amil Teymur oğlu Şəfiyevdən 2 kiloqram 200 qram tiryək aşkarlanıb.
Məlumatda Amil Şəfiyevin eyni əmələ görə əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, saxlanılan şəxsin üzərindən götürülmüş narkotik maddənin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirir.
OXŞAR XƏBƏRLƏR
18:49
652
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
832
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1610
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1411
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1218
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1230