Ukraynada 35 silahlı öldürülüb - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Ukraynanın güc strukturlarının Donetskdə kecirdiyi əməliyyat nəticəsində 35 nəfər silahlını zərərsizləşdirilib. APA TV-nin xəbərinə görə, bu barədə separatçılara yaxın mətbuat orqanları məlumat yayıb. Şəhərin mərkəzindən əyalətə gedən silahlıların avtomobilləri iriçarplı silahlardan atəşə tutulub. Nəticədə silahlılardan demək olar ki, heç kim sağ qalmayıb: "Dəqiq bilmirəm, neçə nəfər ölüb. Amma 35 nəfəri mən saya bildim. Yaralılar vardı, amma sağ qalacaqlarına inanmıram . Ümumilikdə bəlkə də 100 yaxın ölü olacaq. Onların arasında dinc sakinlər də var".
Bu arada Donetskdə ATƏT-in 2 müşahidəçisinin itkin düşdüyü barədə xəbər yayılıb. Şəhərdə qarışıqlıq yaranıb. Dükanlar, mağazalar, şirkətlərin ofislərini silahlılar qarət edirlər. Məlum hadisədən sonra Donetsk xalq respublikasının rəhbərliyi mətbuat konfransı keçirib. Rusiya dövlət başçısı Vladimr Putinə müraciət olunub: "Rus olduğumuza görə bizi öldürürlər. Biz Donetskin Rusiyanın tərkibinə keçməsini istəyirik".
Xatırladaq ki, Ukrayna güc strukturları ötən gecə Salavyansk və Luqanskda da uğurlu əməliyyat kecirdiklərini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub