3 azərbaycanlı qardaş Rusiyada qəhrəman elan olundu
Krasnoyarsk meri 3 azərbaycanlını avtobus sərnişinlərini xilas edərək göstərdikləri qəhramanlığa görə mükafatlandırıb. APA TV-nin məlumatına görə, hadisə bu il mayın 22-də baş verib. Krasnoyarsk vilayətində Vavilova küçəsindəki qaynar su borularından biri partlayıb. Güclü təzyiq asfaltı deşib və su fontan vurub. Sərnişin daşıyan nəqliyyat vasitələrindən biri qaynar su fontanına yaxalanıb və hərəkəti davam etdirmək mümkünsüz olub. Avtobusda 15 sərnişin olub. Sürücü qapıları belə açmadan qaçıb. İnsanlar isə zərərçəkənlərə kömək etmədən hadisəni telefonun yaddaşına köçürməklə məşğul olublar. Yaxınlıqdakı bazarda işləyən 3 qardaş isə qapını qıraraq sərnişinləri xilas ediblər. Mütəxəssislər deyir ki, əgər bir az da gec olsa idi, heç kəs sağ qalmayacaqdı. Hadisədən yalnız 7 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Krasnoyarsk meri xilaskarları restorana dəvət edib və fəxri fərmanla təltif edib. Onların göstərdikləri qəhrəmanlıqlara görə rayon əhlisinin təşəkkürlərini çatdırıb. Avtobusun sürücüsü isə yol hərəkəti qaydalarını pozduğu və insanların sağlamlığına ziyan dəyməsinə yol açdığı üçün məsuliyyətə cəlb olunacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub