Bakının mərkəzində zəncirvari qəza: yük maşını 7 avtomobili əzdi
Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində 7 maşının iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, baş verən qəzada bir nəfər ağır yaralanıb. “Hovo” markalı yanacaq daşıyan yük maşınının sürücüsü qəfil idarəetməni itirib. Yük maşımı iki “Mercedes”, “VAZ 2107”, “Opel” “Nissan” və “Toyota”ya çırpılıb. Zərbənin təsirindən idarəetməni itirən “Toyota” dayanacaqda dayanan 26 yaşlı Ziya İbrahimovu vurub. Dərhal hadisə yerinə yol polisinin əməkdaşları və Təcili Tibbi yardım gəlib. Yaralı 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Qəzanı törədən sürücü isə, hadisə yerindən qaçıb. Yararsız hala düşmüş avtomobillər evakuator vasitəsi ilə ərimə meydançasına aparılıb. Şahidlərin sözlərinə görə, qəzaya “Hovo”nun əyləc sistemində yaranan nasazlıq səbəb olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub