Yüksək sürət qəzaya səbəb oldu
Bakının Xətai rayonu, Zığ şosesində sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin xəbərinə görə, hadisə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaxınlığında qeydə alınıb. “H 022 817” dövlət nömrə nişanlı “KİA”nın sürücüsü idarəetməni itirərək “Opel”ə çırpılıb və yoldan çıxıb. Hadisə nəticəsində sürücü bədən xəsarətləri alıb. O, təcili yardım vasitəsi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, “KİA”nın sürcüsü yağışlı havada sürət həddini aşıb, “Opel”in sürücüsü isə gözləmə nişanının tələbini yerinə yetirməyib. “KİA” və “Opel” markalı maşınlar cərimə meydançasına aparılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub