İsmayıllını dolu vurdu
İsmayıllı rayonuna güclü dolu düşüb. APA TV-nin yerli bürosunun məlumatına görə, dolu İsmayıllı şəhərinə və 10-a yaxın kəndə yağıb. Ölçüsü təxminən qoz boyda olan dolu ayrı-ayrı təsərrüfat sahələrinə, xüsusən də meyvə-tərəvəz və taxıl sahələrinə ciddi ziyan vurub. Dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də xeyli ziyan dəyib. Şiferlə olan dam örtükləri, pəncərələr və maşınların şüşələri sınıb. Yerli sakinlər belə güclü dolu yağışının uzun illərdir ki, İsmayıllıda müşahidə olunmadığını bildirirlər. Təxminən 15 dəqiqə ərzində düşən dolu hər tərəfdə qalın buz qatı yaradıb. Bəzi kəndlərə elektrik verilişi dayanıb. Güclü küləklə müşayiət olunan dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə bəzi həyətyanı sahələri su basıb. Kənd sakinləri ağaclarda meyvələrin, yarpaqların, töküldüyünü, taxıl zəmilərinə, otlaq taxıl sahələrinə də ciddi ziyan dəydiyini açıqlayıblar. Dolunun vurduğu ziyanın həcmi hələlik məlum deyil.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub