MDB məkanında yeni ittifaq müqaviləsi imzalanır
Mayın 29-da Astanada Avrasiya İttifaqının yaradılması barədə sənəd imzalanacaq. APA TV-nin məlumatına görə, Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Rusiya, Belarus və Qazaxıstanın imzalamağı planlaşdırdığı müqavilə 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək. "Müqaviləyə əsasən 3 ölkə malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin azad şəkildə daşınması, iqtisadiyyatın energetika, sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələrində razılaşdırılmış siyasət həyata keçirmək öhdəliyini üzərilərinə götürürlər. Bununla da MDB məkanında ən böyük ümumi bazarın yaradılması prosesi başa çatacaq" deyə məlumatda bildirilir. Görüş zamanı Gömrük İttifaqı və vahid iqtisadi məkanın yaradılması məsələsinin də müzakirə edilməsi gözlənilir. Həmçinin başqa ölkələrin, o cümlədən Ermənistanın bu birliyə qoşulması məsələsi gündəmə gələcək. Ermənistan prezidenti Serj Sarkisyan artıq Astanaya gedəcəyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub