Bakıda intihara cəhd edən 35 yaşlı kişi xilas edildi
Bakıda 35 yaşlı kişi intihar məqsədi ilə özünü çoxmərtəbəli binadan atmaq istəyib. APA TV-nin məlumatına görə, hadisə Məhəmməd Hadi küçəsi-21, mənzil-95 də qeydə alınıb. Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Amil Vəzirov özünü 9-cu mərtəbənin eyvanından atmağa cəhd edib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) və polis əməkdaşlarının birgə apardıqları tədbirlər nəticəsində Amil Vəzirov fikrindən daşındırılıb. Lakin xilas edilən şəxsin sözləri hadisənin yenidən təkrar olunacağını deməyə əsas verir. Onun ruhi xəstə olduğu bildirilib. Amil Vəzirovun anasının bildirdiyinə görə, bu onun ilk addımı deyil. Belə ki, Amil həyat yoldaşı dünyasını dəyişdikdən sonra yaşadığı ünvana qeyidiyyata düşə bilmir. Bu səbəbdən isə intihara əl atıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub