Azərbaycan Ordusu cəbhə bölgəsində hərbi təlimlərə başladı
2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində növbəti genişmiqyaslı təlimlər keçirir.
APA TV-nin məlumatına görə, təlimlər zamanı müasir döyüş üsullarının istifadəsi ilə zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki döyüş atışları keçirilib, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə sistemlərinin tətbiqi icra edilib. Təlimlərdə iştirak edən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin uzlaşdırılması və təminatın təşkili öyrənilib, qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub