Kiyevin mer seçkisi: Kliçko öndədir
Kiyev şəhərinin meri postuna keçirilən seçkilərin nəticəsində görə, UDAR partiyasının lideri Vitali Kliçko irəlidədir. APA TV-nin xəbərinə görə, Kiyev şəhər ərazi seçki komissiyası səslərin 67 faizini açıqlayıb. 729 seçki məntəqəsindən yığılan nəticəyə əsasən Kliçko 56,5 faiz, Lesya Orobets idə 8,52 faiz səs toplayıb. Kiyev sovetinin deputatlarının seçilməsi ilə bağlı da UDAR partiyası 39,38 faiz səslə irəlidədir. 689 seçki məntəqələrindəki protokollara əsasən 8 partiya qalib gəlib.
Ərazi seçki komissiyası şəhər soveti deputatının seçilməsi ilə bağlı 35 partiyanı qeydiyyatdan keçirmişdi. Kiyev meri postu uğrunda isə 19 namizəd mübarizə aparırdı. Ümumilikdə isə Kiyevdə səsvermə 1082 seçki məntəqəsində baş tutub.
OXŞAR XƏBƏRLƏR
18:00
798
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1026
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1013
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1456
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1064
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1682