Obama Əfqanıstanla bağlı planlarını açıqladı
"2016-cı ildə Amerika hərbçiləri tamamilə Əfqanıstandan çıxarılacaq". Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Ağ evdə çıxışı zamanı belə deyib. Onun sözlərinə görə, 2015-ci ilin əvvəlində Əfqanıstanda 9,8 min Amerika hərbçisi qalacaq, həmin ilin sonuna kimi isə bu rəqəm iki dəfə azaldılacaq: "Biz başladığımız işi başa çatdırırıq. Bir neçə ildir, ölkədə təhlükəsizliyinin təmin olunması ilə bağlı məsuliyyəti əfqan xalqına ötürmək üzərində iş aparırıq. Bir il əvvəl Əfqanıstan qoşunları hərbi əməliyyatlara rəhbərliyi üzərilərinə götürüb. Ondan sonra onların sayı və gücü nəzərəçarpacaq dərəcədə artdı. Onlar öz ölkələri üçün qurbanlar verdilər. Bu eyni zamanda bizə imkan verdi ki, Əfqanıstandakı hərbçilərimizin sayını 100 mindən 32 minə kimi azaldaq".
APA TV-nin xəbərinə görə, ABŞ Dövlət Departamentinin Azərbaycanda Respublika Günü münasibəti ilə yaydığı bəyanatda NATO Missiyasında Əfqanıstanda tərəfdaşlığa görə Azərbaycana minnətdarlıq ifadə edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub