Azərbaycan-Rusiya sərhədində avtomobillərin uzun tıxacı yaranıb
Azərbaycan və Rusiya sərhədində avtomobillərin uzun növbəsi yaranıb. Hazırda gömrükdə 150-dən çox avtomobil qarşı tərəfə keçmək üçün növbə gözləyir. APA TV-nin məlumatına görə, növbənin yaranmasına səbəb Gürcüstan-Rusiya sərhədindəki avtomobil yollarında yaranan problemdir. Sürücü Canpolad Abbasov bildirib ki, həmişə Qazax-Gürcüstan, Qırmızı körpü yolundan istifadə edir: "İndi Kazbekdə uçqun olduğu üçün bu yoldan istifadə edirik. Hələ ki, növbədir, gözləyirik".
Digər bir sürücü Qafar Kazımov isə dünəndən gəldiyini bildirib. O, bu müddət ərzində 150 maşın buraxıldığını deyib: "İndi mənim növbəmdir. Burda yaxşı işləyirlər. O yolda problem olduğundan burda maşın çoxdur".
Samur Gömrük məntəqəsinin rəisi Hüseyn Mənsimov APA TV-yə bildirib ki, Rusiyadan Gürcüstana və əks istiqamətində hərəkət olmadığından bütün avtomobillər Azərbaycan ərazisi ilə sərhədi keçməyə məcbur olub.Yaranan növbələrin aradan qaldırılması üçün Rusiya tərəfi ilə danışıqlar aparılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub