6 dəfə məhkum olunan şəxs: "Evlənməyə imkanım olmayıb"
Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Əliyev rayon ərazisində şübhəli şəxs qismində saxlanılıb. Ondan 7 kiloqrama yaxın qurudulmuş marixuana, 303 qram heroin və 190 qram tiryək götürülüb. Özünün dediyinə görə, bir nəfərin əlindəki bağlamanı gizli bir yerdə gizlətdiyinin şahidi olub. Torbanı açanda gördüyünə inanmayıb: "Dedim, Allah özü yetirib. Yoxsa, qutusunu 100 manata almalıyam".
Tapdığı bağlamanı qoltuğuna vurub evinə tərəf düzələn Elxana polislər yaxınlaşanda məsələnin bitdiyini bilir. Bölməyə gətirilən təqsirləndirilən şəxs tapdığı qənimətdən istifadə etməyə imkanı olmadığından peşiman olduğunu da gizlətməyib: "Altı dəfə məhkum olunmuşam, həbxsdə yatmaqdan evlənməyə imkan olmayıb".
APA TV-nin xəbərinə görə, faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma maddəsilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub