Gənc xilasedici və yanğınsöndürənlər yarışdılar
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində məktəblilər arasında “Gənc xilasedici və yanğınsöndürənlər” yarışı üzrə zona birinciliyi keçirilib. APA TV-nin xəbərinə görə, yarış Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə dəstəyi ilə baş tutub. Gənc xilasedici və yanğınsöndürənlər təntənəli marşın sədaları altında tribunanın qarşısından keçid ediblər. Qərb zonası üzrə birincilikdə bölgəni əhatə edən Gəncə, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux və Kəlbəcərdən olan məktəblilər iştirak edib. FHN Gəncə regional mərkəzinin baş məsləhətçisi Elnur İmanovun bildirdiyinə görə, yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallarda hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblərarası sağlam həyat tərzinin təbliğidir. Yarış 4 mərhələdə: məktəbdaxili-seçmə, rayon (şəhər) zona və ümumrespublika səviyyələrində keçirilir. Yarış kombinəedilmiş yanğın estafeti, maneələr zolağı, axtarış-xilasetmə işi, gənc ekspertlər və komandaların təqdimatı mərhələlərindən ibarət olub. Sonda qalib gələn və fərqlənən 2 komanda ümumrespublika yarışında iştirak etmək hüququ qazanıblar.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub