Ermənənistanın müdafiə nazirinin olduğu təyyarə tüstülədi
Mayın 25-də Ermənistanın müdafiə naziri Seyran Ohanyanın da içində olduğu Moskva-İrəvan reysi ilə uçan təyyarə “Şeremetyevo” hava limanına qəza enişi edib. APA-nın “epress.am” saytına istinadən verdiyi məlumata görə, Moskva vaxtı ilə saat 11:23-də Rusiya paytaxtından İrəvana yola düşən “Aeroflot” şirkətinin təyyarəsi uçuşdan 40 dəqiqə sonra geri qayıdıb. Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi də təsdiq edib. "İnterfaks" informasiya agentliyinin məlumatına görə, təyyarənin qəza enişinə səbəb baqaj bölməsində tüstülənmə olub. Təyyarədəki 161 sərnişin və 8 heyət üzvündən zərər çəkən olmayıb.
OXŞAR XƏBƏRLƏR
18:49
711
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
887
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1668
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1414
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1220
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1232