Qaradağda dəhşətli qəza! 9 maşın toqquşdu! Yollar bağlandı!
Bakının Qaradağ rayonunda 9 maşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. APA TV-nin məlumatına görə, əvvəlcə "Mercedes" markalı yük maşını ilə "KamaAZ" toqquşub. Daha sonra arxadan yüksək sürətlə gələn biri sərnişin mikroavtobusu olmaqla 7 avtomobil yük maşınlarına çırpılıb. Qəza zamanı yük maşınlarının sürücüləri ağır, digər avtomobillərin sürücüləri isə yüngül yaralanıblar. "KamAZ"ın sürücüsünü deformasiyaya uğrayan kabinədən çıxarmaq xeyli çətin olub.
Dərhal hadisə yerinə Dövlət Yol Polisinin Qaradağ Rayon Şöbəsinin əməkdaşları gəliblər. Avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən kənarlaşdırılıb. Magistral yolda nəqliyyatın hərəkəti normala qayıdıb.
Yük maşınlarının yaralı sürücüləri isə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Digər yaralılara isə hadisə yerinə gələn təcili yardım maşınlarında ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub