“Mercedes” “Ford”a çırpıldı
Bakının Nefçilər prospektində qəza baş verib. APA TV-nin məlumatına görə, prospektlə hərəkət edən “Mercedes” və “Ford” markalı avtomobillər Dəniz Vağzalının qarşısında toqquşublar. Qəza nəticəsində sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırmalar nəticəsində məlum olub ki, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı maşının sürücüsü qəfil idarəetməni itirib. Nəticədə o əvvəlcə “Ford”a daha sonra yol kənarındakı maneəyə çırpılıb.
Hər iki avtomobil evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:49
728
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
902
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1682
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1416
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1223
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1235