Cavanşir körpüsündə yük maşını aşdı
Bakının Cavanşir körpüsündə yük maşını aşıb. Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 09.30 radələrində Cavanşir körpüsündə qeydə alınıb. Şəxsiyyəti məlum olmayan sürücünün idarə etdi “Shacman” markalı yük avtomobili aşıb. APA TV-nin xəbərinə görə, qəza zamanı xəsarət alan olmayıb. Hadisə şahidlərinin məlumatına görə, yük maşınının təkəri xarab olub. Sürücü evakuator çağırıb. Qəza da məhz “Shacman”-ın evakuatora mindirilməsi zamanı baş verib. “Shacman”-ın sürücüsü özünü təqdim etməsə də, hadisənin evakuatorun sürücüsünün günahı ucbatından baş verdiyini bildirib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya bildirilib ki, Cavanşir körpüsündə yük maşınının aşması ilə əlaqədar paytaxtın Heydər Əliyev və Babək prospektlərində, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrində tıxac yaranıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub