Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb
Azərbaycan prezidenti məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, sərəncam imzalanırkən məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılıb, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınıb, humanizm prinsiplərinə əsaslanılıb və Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutulub. APA TV-nin xəbərinə görə, sərəncam ümumilikdə 171 nəfər şamil olunub. Onlardan 157-si cəzanın çəkilməmiş hissəsindən, 2 nəfəri şərti cəzadan azad edilib.
Həmçinin islah işləri cəzasına məhkum edilmiş 1 nəfər və cərimə cəzasına məhkum edilmiş 11 nəfər əfv sərəncamından yararlanıb.
Əfv olunanlar arasında jurnalist Fərəməz Allahverdiyev də var.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub