Bir-birini sevən yeniyetmələrin intiharında şok təfərrüat
Baş Prokurorluq Xaçmazda iki məktəblinin intihar etməsi ilə bağlı məlumat yayıb. APA TV-nin xəbərinə görə, məlumatda bildirilir ki, mayın 24-də Xaçmaz rayonunun Nabran kəndi yaxınlığındakı meşə massivində Xaçmaz şəhər sakini, 1998-ci il təvəllüdlü Quliyev Vasif Yaşar oğlunun meyitinin ağacdan asılmış vəziyyətdə, təxminən 25 metr aralıda yerdə isə rayonun Hacıqurban-oba kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızının meyiti aşkarlanıb.
Hadiə yerinə baxış keçirilib. Hər iki meyitin boyun nahiyəsində stranqulyasiya şırımları və qollarında kəsilmiş yaralar, hadisə yerində isə butulka şüşəsinin qırılmış hissələri tapılıb.
İlkin istintaqla müəyyən edilib ki, Vasif Quliyevlə Nərgiz Tağıyeva Xaçmaz şəhəri 2 saylı tam orta məktəbdə paralel siniflərdə təhsil almaqla son bir ildə bir-birilərini seviblər. Lakin 2 ay əvvəl N. Tağıyeva Ukraynada yaşayan qohumuna nişanlandığından son günlərdə onların hər ikisi intihar etmək barədə sinif yoldaşlarına bildiriblər.
Hadisədən bir neçə saat əvvəl Vasif və Nərgiz sonuncunun sinif yoldaşı Amin Əlipaşayevlə qeyd edilən meşə massivinə gediblər. İntihar etmək üçün qollarını şüşə parçası ilə kəsən zaman onları bu hərəkətdən daşındırmaq məqsədilə Amin də qoluna xəsarət yetirib. Lakin Vasiflə Nərgiz aldadaraq onu evlərinə yola salıblar.
İlkin fərziyyəyə görə Vasuf bel kəməri ilə əvvəlcə Nərgizi boğaraq öldürüb, daha sonra isə həmin kəmərlə özünü ağacdan asıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub