Havalar isinir
Yaxın iki gün ərzində Bakıda və Abşeron yarmadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 26-31 dərəcəyədək yüksələcək. APA TV-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorolgiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan aldığı məlumata görə, bölgələrdə gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub