Türkiyə silkələnir: Zəlzələlər davam edir
1999-cu il 17 avqust tarixindəki zəlzələdə böyük itgilər verən Türkiyə, dünən mayın 24-də həmin günləri xatırlayıb. APA TV-nin məlumatına görə, 40 saniyə ərzində 6,5 gücündə baş verən zəlzələdə Marmara və Ege denizi bölgəsində yaşayan insanlar həyəcanlı anlar yaşayıblar. 1 kişi ürək tutmasından ölüb, eyvanlardan özünü atan 266 nəfər isə yaralanıb. Zəlzələnin gücü Rixter şkalasına görə, 6,5 gücündə olub. Növbəti təkanlar Türkiyə vaxı ilə gecə saat 03.08 radələrində episentiri Egə dənizi olmaqla baş verib. Yeraltı təkanlar Yunanıstana aid olan adalarda da ciddi hiss olunub. Təkanlar burada da 40 saniyə davam edib və Türkiyənin Çanaqqala, Ədirnə, İzmir, Təkirdağ və Balıkəsirdə də insanların təşvişinə səbəb olub. 6,5 gücündə zəlzələnin ardından eyni bölgədə təkanlar 70 dəfə təkrarlanıb. Ən güclü təkanlar 5,3, ən zəifi isə 2,3 bal gücündə hiss edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub