Ən çevik gənclər yoxlanıldı
Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ bölgəsində yeniyetmə və gənclər arasında "Gənc xilasedici və yanğınsöndürən" zona yarışı keçirilib. APA TV-nin məlumatına görə, tədbirə Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Xocavənd və Şuşa məktəbliləri cəlb olunub.
FHN-nin təşkilatçılığı, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilən yarışlar artıq üç ildir ki reallaşdırılır. Yarışlar gənc nəsildə həyat fəaliyyəti təhlükəsizliyi mədəniyyətini, özlərinə və başqalarına kömək etmək bacarığı aşılamaq məqsədi daşıyır.
"Bu yarış əsasən intellektual və fiziki yarışdır. İntellektual yarışda biz yoxlayırıq ki, uşaqlar fövqəladə hallar zamanı özlərini necə aparırlar. Fiziki yarış isə maneələr zolağıdır, yanğın estafetidir. Uşaqlar öz güclərini sınayırlar".
Yarış beş mərhələ: kombinə edilmiş yanğın estafeti, maneələr zolağı, axtarış-xilasetmə işi, komandaların təqdimatı və gənc ekspertlər müsabiqəsi adlı mərhələlər üzrə keçirilib.
Yarışda qalib gələn komanda yaxın gələcəkdə Qəbələdə keçiriləcək ümumrespublika yarışına vəsiqə qazanacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub