Hərbiçilərin yaşadığı bina yandı
Zaqatalada ikisi hərbiçi ailəsi olmaqla, 4 ailənin yaşadığı bina yanıb. APA TV-nin məlumata görə, hadisə rayonun Göyəm kəndində, kənd bələdiyyəsinə məxsus ümumi sahəsi 250 kv/m olan birmərtəbəli yaşayış binasında baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin(FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Baş vermiş yanğın nəticəsində yaşayış binasında Əziz Ramazanova məxsus 3 otaq, Nüsrət Vəliyevə məxsus 3 otaq, Vüqar Məmmədova məxsus 2 otaq və Mürşüd Vəliyevə məxsus isə 2 otaq içərisindəki ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb.
Yanğınsöndürənlərin səyi nəticəsində binayaa artırılmış 50 kv/m-lik yaşayış şahəsi yanğından xilas edilib. FHN-nin Zaqatala rayon DYMX-dən APA TV-yə bildirilib ki, evləri yanan şəxslərdən Vüqar Məmmədov və Mürşüd Vəliyev Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəsdəsində (SD) hərbiçi işləyirlər. Fakla bağlı FHN-nin Zaqatala rayon DYMX-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub