Nazir iki vətəndaşı işlə təmin etdi
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Siyəzəndə vətəndaşları qəbul edib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, görüşə Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri də qatılıb. Nazirliyə aid məsələlərlə bağlı iki şəxs müraciət edib. Əli Abbasov bildirib ki, hər iki şəxs işlə bağlı müraciət edib və müraciətləri müsbət həllini tapıb. O bildirib ki, getdikcə şikayətlərin sayı azalır. Nazir bunun səbəbini "ASAN xidmət" və elektron hökumət portallarının fəaliyyəti ilə əlaqələndirib. Nazir bildirib ki, mobil internet sahəsində mühüm işlər görülüb. Onun sözlərinə görə, əhaliyə göstərilən informasiya xidmətlərinin yüksəldilməsi istiqamətində işlər davam etdirilir. Yaxın vaxtlarda mobil operatorlar üçün ara bağlantılarda vahid tarif sistemi tətbiq olunacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub