Türkiyədə zəlzələ: Ölkənin qərbi 13 dəfə silkələndi
Türkiyədə 6,5 bal gücündə zəlzələ baş verib, xəsarət alanlar var. “Hürriyet” qəzetinin məlumatına görə, zəlzələnin episentri Çanaqqalanın Gökçeada rayonunun qərbində, Egey dənizində olub. APA TV-nin məlumatına görə, daha sonra 5,3 bal olmaqla, gücü 3 baldan böyük 13 ardıcıl yeraltı təkan qeydə alınıb. Zəlzələ Boludan Ədirnəyə, İstanbuldan İzmirə, Çanaqqaladan Eskişəhərə qədər geniş bir ərazidə hiss edilib. Ədirnə və Çanaqqalada bəzi yaşayış məntəqələrində binalarda çatlar yaranıb. Zəlzələdən sonra bu ərazidəki yaşayış məntəqələrindəki insanlar küçələrə axışıb. Sarıköydə özünü binadan yerə atmış 5 nəfər yaralanıb. Gökçeada da yaralananlar var. İstanbul valisi Hüseyin Avni Mutlu İstanbulda yaşayış binalarına hər hansı ziyanın dəymədiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub