ARDNŞ-lə “Rosneft” arasında saziş imzalandı
Rusiyanın “Rosneft” dövlət şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında saziş imzalanıb.
Sənədi Rusiyada keçirilən Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində hər iki şirkətin prezidenti İqor Seçin və Rövnəq Abdullayev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iştirakı ilə imzalayıb.
Sənədə əsasən, tərəflər Azərbaycan, Rusiya və üçüncü ölkələr ərazisində fəaliyyət göstərəcək birgə müəssisə yaradacaq. Hər iki tərəf həmin müəssisəyə bərabər nizamnamə kapitalı və aktivlər yatıracaq. Aktivlərin siyahısı daha sonra dərc ediləcək.
İmzalanmanı şərh edərkən İ.Seçin və R.Abdullayev bildirib ki, saziş Sibir, Xəzər dənizi şelfində və digər akvatoriyalarda irimiqyaslı layihələrlə bağlı birgə işlər görməyə başlamağa imkan verəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub