Temperatur 34 dərəcəyədək yüksələcək
Bakı və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gündüz cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 15-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında mayın 25-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən cənub və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
18:49
739
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
911
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1695
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1419
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1225
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1237