Rüşvət qalmaqalına və ana ölümünə görə iki həkim işdən çıxarıldı - YENİLƏNİB
“Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının keçirdiyi iclasda əsas məqsəd Sabirabad Perinatal Mərkəzində və Ağstafa Mərkəzi Rayon Xəstəxanasında hər birində baş verən 2 ana ölümü faktını müzakirə etmək olub”.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. O bildirib ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının iclasında Sabirabad Perinatal Mərkəzinin direktoru Vüsal Məmmədovla yanaşı, Ağstafa Mərkəzi Rayon Xəstəxanasının Doğuş Şöbəsinin müdiri Ziba Məmmədova barəsində də vəzifəsindən azad edilməsinə dair qərar verilməsi tövsiyə edilib.
"Bundan əlavə Sabirabad Perinatal Mərkəzində və Ağstafa Mərkəzi Rayon Xəstəxanasında çalışan bir sıra həkimlərə töhmət verilib".
Anar Qədirli əlavə edib ki, Sabirabad Perinatal Mərkəzin direktorunun rüşvət almaq məsələsi olmasaydı belə, hər iki həkim barədə müvafiq qərar veriləcək. Nazirlik rəsmisi bildirib ki, hər bir xəstəxanada qeydə alınan 2 ana ölümü həmin Mərkəzlərdə işin lazımı səviyyədə təşkil edilməməsi nəticəsində baş verib. Ona görə də bununla bağlı müvafiq tövsiyələr edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub