Ceyms Uorlik: “... uğursuzluq tərəflərin siyasi iradəsindən asılıdır”
"Sülh prosesində uğur və ya uğursuzluq ATƏT-in Minsk qrupunun hansısa həmsədrindən deyil, tərəflərin siyasi iradəsindən asılıdır. Mən yeni ideyalar vermək və tərəflərə sülh sazişini imzalamaq üçün gerçək danışıqlara yol tapmaqda kömək etmək naminə rusiyalı və fransalı həmkarlarımla birgə çalışmaq istəyirəm".
Bunu APA-nın Azərbaycan rəsmilərinin həmsədrin fəaliyyətindən və Qarabağ münaqişəsinin nizamlanmasına dair “Tvitter”dəki bəyanatlarından narazılığı ilə bağlı sualını cavablandıran ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Münaqişə tərəflərinə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Sərsənq su anbarından birgə istifadəyə dair təklifinin doğru olub-olmadığına gəldikdə isə C.Uorlik qeyd edib ki, birgə qəbul olunmuş qərar münaqişədən öncəki dövrdəki kimi fasiləsiz elektrik enerji və suvarmaya olan tələbat problemini həll edə bilər.
“Təmas xəttinin hər iki tərəfində olan şəxslər münaqişədən əziyyət çəkən zonalarda yaşayanlara birbaşa və pozitiv təsir etmək üçün birgə çalışa bilərdilər. Biz gərginliyin azaldılması və tərəflər arasında etimad mühitinin bərpası üçün istənilən addımları dəstəkləməkdə davam edirik”, - deyə o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub