İşıq dirəyinə və ağaca dəyən "Mercedes" səkidə dayanmış "ZİL"ə çırpıldı: 1 ölü
Bakıda yüksək sürət daha bir ölümlü qəzaya səbəb olub. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Bakıxanov qəsəbəsində baş verib.
Xəlilbəy Xasməmmədov küçəsi ilə yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əvvəlcə işıq dirəyinə, sonra isə ağaca çırpılıb. Zərbənin gücündən ağac kökündən çıxıb. Daha sonra minik avtomobili piyadalar üçün səkidə dayanmış "ZİL" markalı yük maşınına dəyib.
Qəza nəticəsində "Mercedes"in sürücüsü, 42 yaşlı Mustafayev Rafael Şahin oğlu dünyasını dəyişib. Sürücünün meyiti deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər. Onlar Rafael Mustafayevin meyitini avtomobildən çıxarıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub