Aydın Əliyev fəxri doktor adına layiq görüldü
Bakıda mayın 21-də başlayan Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransı başa çatıb. Konfransda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (İNCU) və Avropa Port İcma Sistemləri Assosasiyası arasında anlaşma memorandumu imzalanıb. APA TV-nin məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) rəisi Aydın Əliyevə Ukrayna Gömrük Akademiyasının “fəxri doktoru” mükafatı təqdim edilib. Həmçinin Aydın Əliyev peşəkar və akademik nailiyyətlərinə və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransını təşkil etdiyinə görə İNCO-nun fəxri üzvü adına layiq görülüb.
Komitə sədri də öz növbəsində konfransın keçirilməsində xidmət göstərən qonaqlara mükafat təqdim edib. Qeyd edək ki, mayın 21-dən başlayan konfransda 65 ölkədən 200-dək nümayəndə, o cümlədən iqtisadiyyat üzrə 3 Nobel mükafatı laureatı iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub