Ukraynada döyüşlər gedir: 20 separatçı öldürüldü
Ukraynanın şərqində aparılan antiterror əməliyyatları nəticəsində 20-yə yaxın terrorçu öldürüldüyü, 30-nun yaralandığı bildirilir. APA TV-nin məlumatına görə, bu barədə antiterror əməliyyatı haqda məlumatlandırma üzrə operativ qrupun rəhbəri Vladislav Seleznyov açıqlama yayıb. Seleznyov Luqansk vilayətinin Rubejnoye şəhəri yaxınlığında yerli separatçılar və Rusiyadan gəlmiş muzdlulardan ibarət silahlı dəstənin zərərsizləşdirildiyini açıqlayıb: SİTAT: “Silahlı qrupun itkiləri 20-yə yaxın ölü və 30-a yaxın yaralıdan ibarətdir. Təəssüf ki, Ukrayna tərəfi də itki verib. Əməliyyat zamanı bizim 2 hərbçimiz həlak olub, 7-si yaralanıb”. Qeyd edək ki, son günlər Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətləri ərazisində separatçı-terrorçu qruplarla hökumət qüvvələri arasında toqquşmalar daha da intensivləşib. Mayın 22-də Donetsk vilayətinin Volnovaxa şəhəri ətrafında düşərgə quran Ukrayna Silahlı Qüvvələrinin motoatıcı dəstəsinə hücum nəticəsində 16 Ukrayna hərbçisi həlak olub.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub