Hava küləkli olacaq
Bakı və Abşeron yarımadasında mayın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 15-20, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında mayın 24-də hava şəraitinin gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
18:00
741
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
961
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
961
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1451
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1057
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1678