"Gallup" İnstitutu Dağlıq Qarabağı müstəqil ölkə kimi təqdim edib
Birləşmiş Ştatlarda fəaliyyət göstərən "Gallup" İnstitutu dünya ölkələrində cəmiyyətlərin mənfi və müsbət emosiyaların üstünlüyünə dair növbəti rəy sorğusunu açıqlayıb. APA TV-nin məlumatına görə, sorğuda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionu ayrıca dövlət kimi göstərilib. İctimai rəyin öyrənmə mərkəzinin keçirdiyi sorğu 137 ölkəni və separatçı bölgəni əhatə edib. Sorğuya cəlb olunan respondentlər bir gün əvvəl özlərini necə hiss etdiklərini deyiblər. Nəticələr əsasında pozitiv və neqativ düşünən ölkələrin reytinqi tərtib edilib. Azərbaycanda sorğuya cəlb olunan respondentlərin 55 faizi bir gün əvvəl müsbət emosiya yaşadıqlarını ifadə ediblər. Ermənistanda bu rəqəm 56 faiz təşkil edib. Ən çox müsbət emosiya yaşanılan ölkələrin ilk onluğuna Paraqvay rəhbərlik edir. Ümumilikdə ilk onluqda yer alan ölkələrin əksəriyyəti Latın Amerikası dövlətləridir. Ən çox mənfi emosiyanın yaşandığı ölkə isə Suriyadır. Vətəndaş müharibəsi gedən bu ölkədə insanların yalnız 36 faizi bir gün əvvəl müsbət emosiya yaşadıqlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
18:00
740
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
960
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
960
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1450
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1057
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1678