"Neftçi" Azərbaycan kubokunun sahibi oldu
Azərbaycan kubokunun sahibi müəyyən olunub. APA-TV-nin məlumatına görə, 2013/14 mövsümündə son titulun qalibi “Qəbələ” – “Neftçi” matçında müəyyənləşib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda bakılılar 6-cı dəfə ölkə kubokunu qazanıblar.
Hesabı ikinci hissədə "Neftçi" futbolçuları açıb. 52-ci dəqiqədə Samir Məsimov rəqib qapısının torunu silkələyib. Bundan sonra irəli atılan "Qəbələ" 72-ci dəqiqədə bərabərlik qolu vurub. Cavab qolunun müəllifi Marat İzmaylov olub.
Əlavə edilən vaxtda komandalardan heç biri qol vura bilməyib. Penaltilər seriyasında isə "Neftçi" daha dəqiq olub.
Bununla da, "Neftçi" tarixində 6-cı dəfə Azərbaycan kubokunun sahibi olub. Bakılılar artıq ikinci mövsüm dalbadal kuboku başları üzərinə qaldırırlar. Bundan başqa, qalib Azərbaycan Superkubokunda oynamaq imkanı qazanıb. Bu ilin payızında keçirilməli olan qarşılaşmada "Neftçi" ölkə çempionu “Qarabağ”la üz-üzə gələcək.
OXŞAR XƏBƏRLƏR
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir