Gənc qadın 23 yaşlı oğlanı bıçaqladı
Xaçmazda 25 yaşlı qadın 23 yaşlı oğlanı bıçaqlayıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Armudpadar kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Famil Əhliman oğlu Xaçmaz Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstəxanadan verilən məlumata görə, əməliyyat olunan xəstənin vəziyyəti ağırdır. Xaçmaz rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, xəsarət alan şəxs ilkin ifadəsində yıxıldığını bildirib. Lakin aparılan araşdırmalardan sonra onu Quba rayonu, Alpan kənd sakini, 1989-cu il təvəllüdlü Bələdova Aygün Gülağa qızının bıçaqladığı məlum olub. Daha bir bıçaqlanma hadisəsi Quba rayonun Barlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 23 yaşlı Babayev İlqar Yusif oğlu bıçaqlanıb. Ona daxilə nüfuz edən döş qəsəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta ağırdır. O, qaynının oğlu tərəfindən bıçaqlandığını bildirib. Faktla bağlı Quba RPŞ-də araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir