Polis işçisi məsuliyyətsizlik etdi, paqon yoldaşı öldü
İmişlidə 1 nəfərin ölümü və 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə ötən gün saat 19.00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 92-ci kilometrliyində, Gövhərli kəndi ərazisində qeydə alınıb. İmişli rayon mühafizə bölməsində polis nəfəri işləyən, Beyləqan sakini Pərviz Qulu oğlu Orucov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşaraq yoldan çıxıb. Qəza zamanı sərnişinlərdən biri - İmişli rayon mühafizə bölməsində polis nəfəri işləyən, İmişli rayon Qızılkənd sakini 1987-ci il təvəllüdlü Cövdət Halmlet oğlu Hacıyev hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişinlər - İmişli rayon sakinləri olan 1983-cü il təvəllüdlü Elnur Valeh oğlu Mustafayev və Ramin Nəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir