Saxlanılan şəxs təcridxanada öldü
Sumqayıt şəhər Polis İdarəsində ölüm faktı qeydə alınıb. Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sumqayıt şəhər Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında qeydə alınıb. Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Əsgər Əli oğlu Əliyev naməlum səbəbdən təcridxanada ölüb. Polisdən Əsgər Əliyevin Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanıldığı bildirilib. Əsgər Əliyevin ölüm səbəbi keçirilən ekspertizanın nəticəsindən sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
18:00
728
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
948
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
953
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1450
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1057
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1678