Hava yağmursuz olacaq
Mayın 23-dən Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Gülşad Məmmədova APA TV-yə bildirib ki, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq. Sabah Azərbaycanın əksər rayonlarında hava şəraitinin yağmursuz olacağı, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 13-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin norma daxili tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir