Yağış kəsəcək, əvəzində...
Mayın 21-dən 22-nə keçən gecə və səhər Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, mayın 22-də gündüz dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, şimal küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 14-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında da şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun Aran rayonlarında gecə 13-18, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
14:29
140
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
192
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
827
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
987
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1767
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1425