Ukraynada Rusiya hərbi bazalarında təlim keçən terrorçular yaxalandı
Ukrayna hərbçiləri ölkənin şərqində keçirdikləri xüsusi əməliyyat zamanı iki terrorçunu saxlayıblar. APA TV-nin məlumatına görə, bu barədə Ukraynanın Müdafiə Nazirliyinin "Facebook" səhifəsində yazılıb. Onlardan qumbaralar, qumbaraatan və AK-74 avtomatı, güllələr və başqa silahlar tapılıb. Hazırda onların ifadəsi alınır. Saxlanılanlar ölkənin şərqində stabilliyi pozmaq niyyətlərini etiraf ediblər. Silahlılar bunun üçün Rusiyada təlim keçdiklərini, Ukrayna ərazisində separatçılıq, qarət və qətllər törətmək planlarını da boyunlarına alıblar. Ələ keçən iki nəfərdən biri hətta Rusiyanın Rostov şəhərində hərbi bazaların birində təlim keçdiyini deyib. O, bu hərbi bazadakı poliqonlardan birində ona diversiya taktikasının və müəyyən silahlardan istifadə qaydalarının öyrədildiyini etiraf edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub