Azərbaycan prezidenti Çin Xalq Respublikasına səfər edib
Azərbaycan prezidenti İlham Əliyev mayın 20-də Çin Xalq Respublikasına səfəri başlayıb. Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Çin Xalq Respublikasının sədri Si Cinpin prezident İlham Əliyevi qarşılayıb. Sonra dövlət başçıları xatirə şəkli çəkdiriblər.
Daha sonra ÇXR sədri Si Cinpin və prezident İlham Əliyev çıxış ediblər.
Görüşdə Azərbaycan ilə Çin arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Söhbət zamanı beynəlxalq, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub