Azərbaycanın Ermənistana qaytardığı Mamikon Xocayan ölüb
Bu ilin yanvarında Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılan və martda vətəninə təhvil verilən Ermənistan vətəndaşı Mamikon Xocayan ölüb. Erməni mətbuatının yaydığı məlumata görə, Xocayanın ölüm səbəbinin müəyyənləşdirilməsi üçün onun cəsədi tibbi ekspertizaya göndərilib.
Xatırladaq ki, Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviç yanvar ayının 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb.
Azərbaycanda saxlanıldığı müddətdə erməni əsir Mamikon Tiqranoviç Xocayana qarşı beynəlxalq normalara uyğun davranılıb.
O, Azərbaycan ərazisində saxlanan zaman yaralı olub. Yerində tibbi yardım göstərildikdən sonra Bakıya gətirilib, Azərbaycan Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalında müayinə olunub, qolundan güllə çıxarılıb, həkimlər tərəfindən ona zəruri olan bütün yardımlar göstərilib.
Mamikon Xocayan martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub