“Hyundai” traktora çırpıldı, ölən var
Mayın 20-si günorta saatlarında Bakı-Quba yolunun 84-cü km-də, Siyəzən rayonunun Zarat kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qusar rayon sakini, 1991-ci il təvəllüdlü Məhsimov Rasim Əliağa oğlunun idarə etdiyi “Hyundai Elentra” markalı avtomaşın Xaçmaz rayon sakini Şahbazov Babək İsrafil oğlunun idarə etdiyi “Traktror”a çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "Hyundai" markalı minik avtomobili ilə "Foton" markalı traktorun toqquşması nəticəsində minik avtomobilinin sürücüsü ölüb və deformasiya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə R.Məsimovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
APA TV-nin xəbərinə görə, faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub