Maşının yük yerindən yıxılan uşaq ölüb
Masallıda 13 yaşlı oğlan maşınının yük yerindən yıxılaraq ölüb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə mayın 20-də rayonun Mahmudavar kəndi ərzasində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Orxan Xalıq oğlu Babayev Lənkəran rayonunun Separadi kənd sakini Tarverdi Məmmədova məxsus hərəkətdə olan “ZİL” markalı, 66 BE 731 dövlət nömrə nişanlı maşının yük yerindəki ot tayasının üstündən müvazinətini itirib, yerə yıxılıb. Hadisə yerinə dərhal həkim briqadası çağırılsa da, 13 yaşlı uşaq baş-beyin nahiyəsindən aldığı xəsarətdən keçinib. Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:29
180
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
246
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
850
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
990
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1771
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1427