Gədəbəydə “VAZ 2106” dərəyə aşdı
Gədəbəydə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Gədəbəy-Novosaratovka avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb.
Rayon sakini, 29 yaşlı Emin Səfərov “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarında dərəyə aşırıb.
Qəza nəticəsində xəsarətlər alan sürücü Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, avtomobildə olan iki sərnişin, Tərtər rayon sakinləri, Gədəbəy Qızıl mədənində traktorçu işləyən, 61 yaşlı Tofiq Mustafayev və 29 yaşlı Yunis Məmişov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Sürücünün xəsarətlərinin yüngül, digər iki nəfərin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub