Həmsədrlər: "Laçın və Kəlbəcərdə əhalinin sayı artmayıb"
ATƏT-i Minsk Qrupunun həmsədrləri Laçın və Kəlbəcərdə demoqrafik vəziyyətin dəyişməsini müşahidə etməyiblər. Bu barədə həmsədrlərin bölgəyə növbəti səfərinə dair ATƏT-in saytında yerləşdirilən məlumatda deyilir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərində məqsəd onların mandatına uyğun olaraq, Dağlıq Qarabağ, Kəlbəcər və Laçındakı vəziyyətin icmalı olub. Bu rayonlara baş çəkdikdən sonra həmsədrlər yerli infrastrukturun yaxşılaşdığını görüblər, lakin əhalinin sayının artmasını müşahidə etməyiblər.
Daha öncə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Suriyadan köçmüş ermənilərin yerləşdirilməsi məsələsini araşdırmaq üçün həmsədrlərin bölgəyə səfər etmələri ilə bağlı məktub göndərmişdi.
Həmsədrlər Sərsəng su anbarına da gedərək onun statusunu və fəaliyyətini müzakirə ediblər. Mayın 19-da həmsədrlər Tərtər yaxınlığındakı təmas xəttini keçiblər və atəşkəs rejiminin pozulmasından təəssüfləndiklərini söyləyiblər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub